Sizin reklam burada
Sizin reklam burada

Cəlilabadda ikimərtəbəli yaşayış binası yandı

Cəlilabadda ikimərtəbəli yaşayış binası yandıCəlilabad şəhərində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, şəhərin H.Əliyev prospektində yerləşən ümumi sahəsi 690 m² olan ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Binanın ikinci mərtəbəsində Fərman Nəhmətova məxsus ümumi sahəsi 78 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 otağının tavanı 17 m² sahədə yanıb.

Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülərək ətrafa keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş