Sizin reklam burada
Sizin reklam burada

Göygöldə ağır qəza: yaralılar var

Göygöldə ağır qəza: yaralılar varGöygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, rayonun Üçtəpə ərazisi ilə hərəkətdə olan "Qazel" markalı yük maşını "Niva" ilə toqquşub.

Zərbənin gücündən "Niva" körpüdən aşıb. Qəza nəticəsində minik maşınında olan 2 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş