Sizin reklam burada
Sizin reklam burada

Dənizdə batan 1 nəfərin meyiti aşkar edildi - YENİLƏNDİ

Dənizdə batan 1 nəfərin meyiti aşkar edildi - YENİLƏNDİDənizdə batan 1 nəfərin meyiti aşkar edilib.

FHN-dən Publika.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1 nəfərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sahildə aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.

***

24 iyul 23:32

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

  • Sosial şəbəkədə paylaş