Sizin reklam burada
Sizin reklam burada

Lənkəranda tank əleyhinə mina tapıldı

Lənkəranda tank əleyhinə mina tapıldıİyulun 22-də saat 8:29-da Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sistemindən və saat 11:16-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Lənkəran şəhəri ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Axar.az-a bildirilib ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, polis şöbəsi və DSX əməkdaşları qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə “TM-62P3” minası aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Sosial şəbəkədə paylaş