Sizin reklam burada
Sizin reklam burada

Qusarda süni göldə batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Qusarda süni göldə batan gəncin meyiti tapıldı - YENİLƏNİBQusar rayonunda süni göldə batan 1997-ci il təvəllüdlü Bağırov Adiq Yavər oğlunun axtarışları başa çatıb.

Bakupost FHN-ə istinadən xəbər verir ki, A.Bağırovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Qusarda bir nəfər göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən Bakupost-a verilən xəbərə görə, "112” qaynar telefon xəttinə Qusar rayonununda süni göldə bir nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

  • Sosial şəbəkədə paylaş