Sizin reklam burada
Sizin reklam burada

Dənizdə ölən şəxs xəstəxanada ayıldı - Azərbaycanda MÖCÜZƏVİ HADİSƏ

Dənizdə ölən şəxs xəstəxanada ayıldı - Azərbaycanda MÖCÜZƏVİ HADİSƏPirşağı çimərliyində bataraq boğulduğu bildirilən gənc xəstəxanada ayılıb.

Abşeron rayonunun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Onlardan 6-sı ətrafdakıların köməyi ilə xilas edilib. Suda qalan iki nəfərdən biri çıxarılaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimərin müdaxiləsindən sonra hələlik adı məlum olmayan gənc ayılıb.

Suda batan 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur. Evin tək oğlu olan S.Abbasov bu il orta məktəbi bitirib.(Report)

  • Sosial şəbəkədə paylaş