Sizin reklam burada
Sizin reklam burada

Hövsan dəniz limanında faciə - 31 yaşlı fəhlə öldü

Hövsan dəniz limanında faciə - 31 yaşlı fəhlə öldüBakıda dəniz limanında ölüm hadisəsi baş verib.

Hadisə Hövsan Dəniz Limanında baş verib.

"Hestinq-İnterprayz Corporation" şirkətin Azərbaycanda fəaliyyət göstərən nümayəndələri tərəfindən Gürcüstandan Qazaxıstana dondurulmuş toyuq budları göndərərkən Hövsan Dəniz Limanında konteynerlərin kranla gəmiyə yüklənməsi zamanı orada fəhlə işləyən, 1988-ci il təvəllüdlü Bünyadov Ədalət Məhəmmədfüzuli iki konteynerin arasında sıxılmış vəziyyətdə qalıb.

Ə. Bünyadov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsini qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. /Trend/

  • Sosial şəbəkədə paylaş