Sizin reklam burada
Sizin reklam burada

Salyanda polis çayda boğulan qadını belə xilas etdi - Foto

Salyanda polis çayda boğulan qadını belə xilas etdi - FotoSalyan rayonunda polis qadının çayda boğulmasının qarşısını alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə iyunun 24-də Salyan rayonunun Aşağı Kürkəndi kəndi ərazisində baş verib.
Salyanda polis çayda boğulan qadını belə xilas etdi - Foto
Həmin ərazidə xidmət aparan Salyan Rayon Polis Şöbəsinin Post Patrul Xidmətin əməkdaşı, polis serjantı Rafail Quliyev Kür çayı sahilində, xidmətdə olarkən ətrafı müşahidə edib. Körpünü nəzərdən keçirərkən bir qadının oradan suya düşdüyünü və köməksiz vəziyyətdə olduğunu görüb.

Tez özünü həmin yerə çatdıran polis əməkdaşı çayın gur axınında boğulmaqda olan qadını sudan təhlükəsiz yerə çıxarıb. Onu kritik vəziyyətdən çıxarmaq üçün dərhal Təcili Tibbi Yardım çağırıb. Hadisə yerinə gələn həkimlər həmin qadına lazımi tibbi yardım göstəriblər.

  • Sosial şəbəkədə paylaş