Sizin reklam burada
Sizin reklam burada

Göygöldə mikroavtobus qəzaya uğradı: Yaralılar var

Göygöldə mikroavtobus qəzaya uğradı: Yaralılar varGöygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Conflict.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.


Belə ki, hərəkətdə olan "Mersedez” (sprinter) markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı mikoavtobusda 10-a yaxın sərnişin olub.


Məlumatına görə, onlardan bir nəfəri - 1999-cu il təvəllüdlü, İbrahimov Qələndər xəsarət alıb.


Kənd sakinlərinin sözlərinə görə, mikroavtobuzdakı ailə və qohumlardan ibarət sərnişinlər ad günü məclisindən gəlirlərmiş.

  • Sosial şəbəkədə paylaş