Sizin reklam burada
Sizin reklam burada

Qaxda "Cherry" AŞDI: Yaralılar var

Qaxda "Cherry" AŞDI: Yaralılar varQax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost "Report"a istinadən xəbər verir ki, hadisə Qorağan-Qax avtomobil yolunun 11-ci kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağayev Aqşin Xəlilağa oğlu idarə etdiyi "Cherry" markalı avtomobil ilə hərəkətdə olan zaman avtomobili idarətetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobil yanıb.

Qəza zamanı 4 nəfər xəsarət alıb.

  • Sosial şəbəkədə paylaş