Sizin reklam burada
Sizin reklam burada

Ağcabədidə yanacaqdoldurma məntəqəsində həyacanlı anlar: 2 polis zəhərləndi - Foto

Ağcabədidə yanacaqdoldurma məntəqəsində həyacanlı anlar: 2 polis zəhərləndi - FotoAğcabədi rayonunda yanacaqdolurma məntəqələrindən birində həyacanlı anlar yaşanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə bu gecə, saat 1 radələrində Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində baş verib.

Məlumatda qeyd olunur ki, məntəqənin yanacaq saxlama anbarında iki nəfər huşsuz halda qalıb, onlardan biri məntəqənin işçisi, digəri isə onu anbardan xilas etməyə çalışan məntəqə sahibi olub.
Ağcabədidə yanacaqdoldurma məntəqəsində həyacanlı anlar: 2 polis zəhərləndi - Foto
Ərazidə xidmət aparan Ağcabədi rayon polis şöbəsinin əməkdaşları, polis serjantları Elman Təhməzov və Nəriman Əliyev həmin əraziyə gəliblər.

Ağcabədidə yanacaqdoldurma məntəqəsində həyacanlı anlar: 2 polis zəhərləndi - FotoPolis əməkdaşları zəhərli qazla dolmuş anbarın içərisinə daxil olaraq huşsuz halda y qalmış vətəndaşları oradan sağ-salamat çıxarmağa nail olublar.
Ağcabədidə yanacaqdoldurma məntəqəsində həyacanlı anlar: 2 polis zəhərləndi - Foto
Vətəndaşları xilas edən zaman polis əməkdaşları özləri də zəhərlənərək huşunu itirib.
Ağcabədidə yanacaqdoldurma məntəqəsində həyacanlı anlar: 2 polis zəhərləndi - Foto
Daha sonra kənd sakinlərinin köməkliyi sayəsində onlar təcili tibbi yardım vasitəsi ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar.

Həkimlərin səyi nəticəsində həm vətəndaşların, həm də polis əməkdaşlarının həyatını xilas etmək mümkün olub.

Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının səhhəti yaxşılaşdıqdan sonra ilk soruşduqları vətəndaşların vəziyyəti olub.

Ağcabədi rayon Şərəfxanlı kənd sakinləri Tofiq Cəfərov və Əmrah Əliyev onları xilas edən polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

  • Sosial şəbəkədə paylaş