Sizin reklam burada
Sizin reklam burada

Tanınmış qəzəlxan vəfat etdi

Tanınmış qəzəlxan vəfat etdiTanınmış nizamişünas-alim, şair, tərcüməçi Mircəlal Zəki 74 yaşında vəfat edib.


O, bu gün doğulub-yaşadığı Maştağa kəndində dəfn olunacaq.


Mircəlal Zəki xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Mircəlal Mirisa oğlu Zəkiyev 10 noyabr, 1945-ci ildə Bakının Maştağa qəsəbəsində kəndli ailəsində anadan olub.
2003-2015 – ci illərdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işçi kimi fəaliyyət göstərib.
Mircəlal Zəki mütəmadi olaraq dövri mətbuatda həm elmi-tənqidi məqalələri, həm də klassik şairlərdən – Əbülqasim Firdovsi, Ömər Xəyyam, Xaqani Şirvani, Hafiz Şirazi, M. H. Şəhriyar və s. etdiyi poetik tərcümələrlə çıxış edib.

Bəhar Şirvaninin "Divan”ını, Nizami Gəncəvinin "Məxzənül-əsrar”, "Xosrov və Şirin”, "Həft peykər”, məsnəvilərini, Qətran Təbrizinin minillik yubileyinə, onun "Divan”ında olan şerlərin bir qismini, (Qətran Təbrizi, seçilmiş əsərləri) həmçinin, Mövlana Cəlaləddin Ruminin "Məsnəvi”sindən "Birinci dəftər”i doğma dilimizə tərcümə edib.
40 ildən artıq bir müddətdə tərcümə ilə məşğul olub.

  • Sosial şəbəkədə paylaş