Sizin reklam burada
Sizin reklam burada

Özünü məktəbin 2-ci mərtəbəsindən atan məktəblinin vəziyyəti AĞIRDIR

Özünü məktəbin 2-ci mərtəbəsindən atan məktəblinin vəziyyəti AĞIRDIR"Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdinin vəziyyəti orta-ağırdır".

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.

Onun sözlərinə görə, uşağın diz qapağında yerini dəyişməyən sınıq və dirsək oynağında isə daha bir sınıq var: "Hazırda reanimasiyadadır. Şagirdin vəziyyəti orta-ağırdır və sabitdir".

Qeyd edək ki, mayın 13-də Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Məktəbdən bildirilib ki, şagird dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır.
özünü, məktəbin, bakı, hazırda, sınıq, atıb, bildirilib, ağırdır, mərtəbəsindən, vəziyyəti, sinif, otağının, pəncərəsindən, çantasını, əvvəlcə, mərtəbədəki, məqsədilə, məktəbdən, sonra, şagird,

  • Sosial şəbəkədə paylaş