Sizin reklam burada
Sizin reklam burada

Kənddən universitet oxumağa gəldilər: biri qəbrə, bir həbsxanaya getdi

Kənddən universitet oxumağa gəldilər: biri qəbrə, bir həbsxanaya getdiBakıda tələbəni öldürməkdə ittiham edilən Rauf Murğuzovun məhkəməsi bitib.

Bakupost.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxov Rauf Murğuzova 10 il azadlıqdan məhrumetmə cəzası verib.

Hadisə keçən ilin dekabrında Nərimanov rayonu Atatürk prospektində qeydə alınıb.

Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri, 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Onlar eyni kənddən olublar.

Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla öldürüb.

Xatırladaq ki, E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

  • Sosial şəbəkədə paylaş