Sizin reklam burada
Sizin reklam burada

Ağdamdakı qəzada ikisi uşaq olmaqla üç nəfər ağır yaralanıb

Ağdamdakı qəzada ikisi uşaq olmaqla üç nəfər ağır yaralanıbAğdam rayonunun Quzanlı qəsəbəsində ağır yol qəzası baş verib.

Conflict.az
ONA-ya istinadən xəbər verir ki, 10 RP 220 dövlət nömrə nişanlı, "Mercedes”markalı maşın qarşıdan gələn, 99 CT 388 nömrə nişanlı, evakuator xidməti göstərən avtomobillə toqquşub.

"Mercedes” markalı avtomobil zərbənin təsirindən yol kənarında dayanmış, 10 SA 870 dövlət nömrə nişanlı, VAZ 2107 markalı avtomobilə çırpılıb.

Nəticədə "Mercedes”in sürücüsü İldırım Qasımov, 10 yaşlı oğlu Elcan Qasımov və qardaşı qızı, 5 yaşlı Ayan Qasımova ağır xəsarətlər alıb.

Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma başlanıb.
nişanlı, mercedes”markalı, nömrə, yaşlı, qasımov, ağır, alıb, xəsarətlər, qasımova, elcan, sürücüsü, İldırım, oğlu, onlar, qardaşıqızı, xəstəxanasına, polis, Şöbəsində, araşdırma, başlanıb,

  • Sosial şəbəkədə paylaş