Sizin reklam burada
Sizin reklam burada

Evdən 10 min manatlıq balıq oğurlandı - Neftçalada

Evdən 10 min manatlıq balıq oğurlandı - NeftçaladaNeftçala rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Neftçala rayon polis şöbəsinə rayon ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və aprelin 4-dən 19-dək olan müddətdə oradan 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş