Sizin reklam burada
Sizin reklam burada

Qaçaqmalçılıqla məşğul olan gömrük inspektoru azadlığa buraxıldı

Qaçaqmalçılıqla məşğul olan gömrük inspektoru azadlığa buraxıldıQaçaqmalçılıqda təqsirləndirilən sabiq gömrükçü Mehman Novruzovun məhkəməsi başa çatıb.

Bakupost.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. M.Novruzov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib.

O, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib.

Belə ki, M.Novruzov "Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə "Samur” Gömrük postuna ezam olunub.

O, həmin ərazidə 5539 manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə Cəmil adlı şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.

Beləliklə, M.Novruzov vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edərək, qaçaqmalçılıq edib və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub.

Novruzova qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

  • Sosial şəbəkədə paylaş