Sizin reklam burada
Sizin reklam burada

Saatlıda 3 otaqlı evdə partlayış - Xəsarət alan var

Saatlıda 3 otaqlı evdə partlayış - Xəsarət alan varSaatlıda yaşayış evində partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Saatlı rayonunun Xanlarkənd kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən ani partlama baş verib.

Yanğın zamanı otaqların birində qamışdan ibarət tavan 1 m² sahədə və yataq dəsti qismən yanıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, ani partlama məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Sosial şəbəkədə paylaş