Sizin reklam burada
Sizin reklam burada

Evini yandırıb, özünü asdı - Samuxda dəhşətli intihar

Evini yandırıb, özünü asdı - Samuxda dəhşətli intiharSamuxda yaşayış evində yanğın olub.

Hadisə rayon mərkəzində qeydə alınıb. Yaşayış evində baş verən yanğını söndürmək üçün əraziyə iki yanğın söndürmə avtomobili cəlb olunub. Baxış zamanı evdən ev sahibi 1972-ci il təvəllüdlü Hüseynov Habil Maarif oğlunun boğazında kəndir olan yerə sərilmiş meyiti aşkarlanıb. Onun evi yandırıb sonra intihar etdiyi bildirilir. H.Hüseynov həyat yoldaşından boşanıb evdə tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

  • Sosial şəbəkədə paylaş