Sizin reklam burada
Sizin reklam burada

Bakıda avtobus dükana çırpıldı

Bakıda avtobus dükana çırpıldıBu gün saat 07:30 radələrində 62 nömrəli marşrut xəttində 10 TG 992 DQN-li avtobusun iştirakı ilə qəza olub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtobusun sürücüsü Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarəetməni itirib.

Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş