Sizin reklam burada
Sizin reklam burada

Bakıda 58 yaşlı kişi 22 yaşlı gəncin qanını tökdü - Cinayət

Bakıda 58 yaşlı kişi 22 yaşlı gəncin qanını tökdü - CinayətBakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan Əvəz Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Əvəz Rzayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunub, o, məhkəmə zalından həbs edilib.

Hadisə ötən ilin oktyabrında paytaxtın Xətai rayonunda baş verib. 1997-ci il təvəlüdlü Nicat Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün yaralının həyatını xilas etmək mümkün olub.

Ona 1960-cı il təvəllüdlü Əvəz Rzayevin bıçaq xəsarəti yetirdiyi müyyən edilib.

İstintaq orqanı tərəfindən Əvəz Rzayevin barəsində Cinayət Məcəlləsinin126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

  • Sosial şəbəkədə paylaş