Sizin reklam burada
Sizin reklam burada

Yasamalda yaşayış binası yandı

Yasamalda yaşayış binası yandıBakı şəhəri, Zərdabi küçəsi 88 ünvanında yerləşən yaşayış binasında yanğın baş verib.

Conflict.az-ın ONA-ya istinadən məlumatına görə, yanğın 19 mərtəbəli binanın 9-cu mərtəbəsində baş verib. Yanğın dərhal söndürülsə də binanı və ərazini tüstü bürüyüb.

FHN-nin Yasamal rayonu üzrə yanğınsöndürmə briqadası və 5 texnikası hadisə yerinə gəlib müvafiq işlər aparıblar. Belə ki, yanğının episentri olan 9-cu mərtəbədən sakinlər evakuasiya olunub.

İlkin məlumata görə yanğına səbəb siqaret qırıntısının ümumi dəhlizdə yerləşən taxtanın üstünə düşməsi olub. Hüquq-mühafizə orqanları araşdırma aparırlar.

  • Sosial şəbəkədə paylaş