Sizin reklam burada
Sizin reklam burada

Gəncədə zəncirvari yol qəzası: yaralılar var

 Gəncədə zəncirvari yol qəzası: yaralılar varGəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə zamanı 4 avtomobil toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

  • Sosial şəbəkədə paylaş