Sizin reklam burada
Sizin reklam burada

“Bu, diplomatiyadır"

“Bu, diplomatiyadır"
Türkiyə və Azərbaycanla danışıqlar vasitəçi ölkə olmadan aparılmalıdır.
Bu sözləri Ermənistanın keçmiş baş naziri Armen Darbinyan deyib.

“Hər yerdə belə bir fikir eşidirik ki, Ermənistan-Azərbaycan danışıqlarına vasitəçisiz getmək lazım deyil. Mən bu cür fikirləri ağrılı hesab edirəm. Düşmənlərimizlə mübarizə aparmaq üçün arxamızda niyə rus və ya amerikalıya ehtiyacımız olmalıdır? Yox, biz ayağa qalxıb onlara öz ləyaqətimizlə yanaşacağıq. Mən orada heç bir problem görmürəm”, - o bildirib.

Darbinyanın sözlərinə görə, Ermənistan hazırda danışıqların çox çətin mərhələsindədir:

“Bu, diplomatiyadır: harada dayanmaq, nəyi saxlamaq, danışıqlar yolu ilə nə vermək və əvəzində nə almaq lazımdır! Təəssüf ki, biz belə bir vəziyyətlə üzləşmişik. Amma bu halda da optimal həll yollarını axtarmaq və tapmaq olar. Addım atmaq, həll yollarını tapmaq lazımdır, əks halda sabah daha pis ola bilər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş