Sizin reklam burada
Sizin reklam burada

Müğənninin avtomobili qatarla toqquşdu, o, hadisə yerindəcə öldü

Müğənninin avtomobili qatarla toqquşdu, o, hadisə yerindəcə öldü
Rumıniyalı müğənni Tavi Pustiu yol qəzasında ölüb.

“Qazeta.ru”nun verdiyi xəbərə görə, ifaçı sükan arxasında olan zaman “Instagram”da canlı yayıma çıxıb.

Onun idarə etdiyi avtomobil qatarla toqquşub. Nəticədə 29 yaşlı T. Pustiu hadisə yerində ölüb, onun həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Polis hadisənin dəmir yolu keçidində yol hərəkəti qaydalarına əməl olunmaması səbəbindən baş verdiyini açıqlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş