Sizin reklam burada
Sizin reklam burada

Bakıda qızla gəzən oğlanın küçədə öldürülməsi ilə bağlı – Yeni xəbər

Bakıda qızla gəzən oğlanın küçədə öldürülməsi ilə bağlı – Yeni xəbərBakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Pərvin Çərkəzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə ötən il iyunun 24-də Binəqədi rayonu, Ağamalıyev küçəsi, 6 saylı binanın qarşısında baş verib.

Kamran Abdullayevin bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. O, liniki Tibbi Mərkəzə çatdırılan zaman çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Araşdırmalar zamanı qətli daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə məhkum olunan 22 yaşlı Pərvin Çərkəzovun törətdiyi məlum olub.

Qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar.

İki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib. Qızla gəzən Kamran Abdullayev telefonda kiminləsə kobud danışan Pərvin Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib.

O, Pərvin Çərkəzovu əxlaqlı olmağa çağırıb. Pərvin Çərkəzov isə iraddan sonra cibindən bıçağı çıxararaq Kamran Abdullayevə zərbə endirib.

Pərvin Çərkəzov hadisə yerindən qaçsa da, tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Pərvin Çərkəzovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

  • Sosial şəbəkədə paylaş