Keçmiş məhkumlar cinayət başında yaxalandı

Hadisə

112

Keçmiş məhkumlar cinayət başında yaxalandıRespublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri saxlanılıb. Belə ki, Məhərrəm Umbayevin üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi yarım kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana, Murad Əliyevdən ümumi çəkisi 305 qram olan marixuana və Ataş Hüseynovdan ümumi çəkisi 44 qram olan tiryək aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Həbs olunan şəxslərin keçmiş məhkumlar olduğu bildirilir.