Sizin reklam burada
Sizin reklam burada

Bakıda 17 və 19 yaşlı iki qız itkin düşdü

Bakıda 17 və 19 yaşlı iki qız itkin düşdüBakıda gənc qızların itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Publika.az xəbər verir ki, Binəqədi rayon 7-ci mikrorayon A.Kunanbayev küçəsində yaşayan 2002-ci il təvəllüdlü F.Allahverdiyeva 2 gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa Binəqədi qəsəbəsi 2-ci Mədən yaşayış massivində yaşayan 2000-ci il təvəllüdlü J.Mustafayeva da 4 gün əvvəl axşam saatlarında evi tərk edib və ondan xəbər almaq mümkün olmayıb.

Hər iki qızın anası polisə müraciət edərək kömək istəyib. Axtarış tədbirləri həyata keçirilir.

  • Sosial şəbəkədə paylaş