Sizin reklam burada
Sizin reklam burada

Oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlandı

Oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlandıMasallı rayonunda oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlanıb.

Trend bildirir ki, hadisə Masallı rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Türkoba kənd sakini, 1999-cu il təvəllüdlü Ağarzayeva Aysel Zeydulla qızının ölü oğlan uşağı dünyaya gətirməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, A.Ağarzayeva dekabrın 18-də səhər saat 06 radələrində xəstəxanaya daxil olub, axşam saat 20:40 radələrində təbii doğuşla ölü oğlan uşağı dünyaya gətirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

  • Sosial şəbəkədə paylaş