Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtda məcburi köçkün faciəvi şəkildə öldü

Sumqayıtda məcburi köçkün faciəvi şəkildə öldüSumqayıtda kişi faciəvi şəkildə ölüb.

Report-un xəbərinə görə, hadisə dekabrın 18-də saat 18 radələrində şəhərin Sumqayıt qəsəbəsində baş verib.

Belə ki, Qaca Fərmanov Qubadlı rayonundan olan məcburi köçkünləri elektrik enerjisi ilə təmin edən 35 kilovoltluq yüksək gərginlikli elektrik dirəyində iş görərkən onu cərəyan vuraraq öldürüb.

Hadisə ilə bağlı ilkin Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş