Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda dəhşətli partlayış - Ər və arvadının YANMIŞ MEYİTİ TAPILDI (YENİLƏNDİ)

Azərbaycanda dəhşətli partlayış - Ər və arvadının YANMIŞ MEYİTİ TAPILDI (YENİLƏNDİ)Ağcabədi rayonunda baş vermiş dəhşətli yol qəzsında yanaraq vəfat edən şəxslərin ər-arvad olması məlum olub.

Publika.az xəbər verir ki, rayonun Avşar kəndində Mingəçevir-Bəhramtəpə yolunun Beyləqan istiqamətində gedən hissəsində "VAZ" markalı iki avtomobili toqquşması nəticəsində ölən şəxslərin Pərioğulları kənd sakini 1948-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Dədəkişiyeva Güllü Fərrux qızı olması müəyyənləşib. Onlar Beyləqan rayonuna gedərkən səhər tezdən dəhşətli qəzaya düşüblər. Zərbənin gücündən avtomobilin benzin çəni partlayıb və yanğın başlayıb. Əzilmiş maşından çıxa bilməyən yaşlı ər-arvad yanaraq vəfat edib. Digər avtomobildə olan Xocavənd rayon sakiləri xəsarətlər alıblar.

Bildirilir ki, dəhşətli hadisədə ölən ailənin oğlu bir müddət əvvəl Bakıda yol qəzasına düşüb. Onlar Beyləqana, oradan da Bakıya gəlkməyi planlaşdırırmış.

*****

11:16

Ağcabədi rayonunda dəhşətli yol qəzası baş verib.

Publika.az xəbər verir ki, rayonun Avşar kəndində “ВАЗ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş