Sizin reklam burada
Sizin reklam burada

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldıÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Axar.az-a verilən məlumata görə, noyabr ayının 28-də törədilən 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qala 30 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

  • Sosial şəbəkədə paylaş