Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ şəxsin ailəsində FACİƏ: xanımı və sürücüsü öldü, oğlu... (YENİLƏNDİ)

Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ şəxsin ailəsində FACİƏ: xanımı və sürücüsü öldü, oğlu... (YENİLƏNDİ)Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalov ailəsi ilə birgə ağır qəzaya düşüb.

Axar.az xəbər verir ki, qəza Bakının Qaradağ rayonu ərazisində baş verib. Məlumata görə, 60 AA 002 dövlət nömrə nişanlı “Hunday Tukson” markalı maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində R.Zeynalovun xanımı Əminə Zeynalova və sürücüsü Rövşən Cabbarov dünyasını dəyişib.

R.Zeynalov özü və oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlumatı Tovuz Rayon İcra Hakimiyyətindən də Axar.az-a təsdiqləyiblər.

FHN-nin yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Səhiyyə Nazirliyi də Ələt yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, hadisə ilə bağlı məlumat təcili yardıma saat 1:57-də daxil olub. Hadisə yerinə gələn həkim briqadasının verdiyi məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İki kişi isə ağır vəziyyətdə KTM-ə çatdırılıb.

Hazırda KTM-in reanimasiya şöbəsində müalicələri davam edir.

***

Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Sosial şəbəkədə paylaş