Sizin reklam burada
Sizin reklam burada

Bakıda avtobus qəzası baş verdi - Rəsmi/Foto

Bakıda avtobus qəzası baş verdi - Rəsmi/FotoBu gün səhər saat 07 radələrində Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com-a verilən məlumata görə, "Mercedes" markalı qeyri-müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub.
Bakıda avtobus qəzası baş verdi - Rəsmi/Foto
149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, hadisə "Mercedes" markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

  • Sosial şəbəkədə paylaş