Sizin reklam burada
Sizin reklam burada

Ağcabədi sakini həmyerlisini öldürməklə hədələdi

Ağcabədi sakini həmyerlisini öldürməklə hədələdiAğcabədi rayon sakini həmyerlisini öldürməklə hədələyib.

Teleqraf.com xəbər verir ki, rayonun Təzəkənd kənd sakini D.Ağayev rayon polis şöbəsinə müraciət edib noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş