Sizin reklam burada
Sizin reklam burada

Yasamalda piyadanı vurub xəstəxanalıq edən sürücü tutuldu

Yasamalda piyadanı vurub xəstəxanalıq edən sürücü tutulduBakıda piyadanı vuran avtomobil sürücüsü tutulub.

Daxili İşlər Nazirliyi xəbər verir ki, oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Əşrəfzadə vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov saxlanılıb.

Araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş