Sizin reklam burada
Sizin reklam burada

35 yaşlı kişi maşını ilə birgə itkin düşdü

35 yaşlı kişi maşını ilə birgə itkin düşdüBakıda 35 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.

Hadisə oktyabrın 23-də Yasamal rayonu ərazisində baş verib.

Belə ki, Suraxanı rayon sakini, 1984-cü il təvəllüdlü Elməddin Novruzov H.Zərdabi küçəsi 92-nin qarşısında idarə etdiyi “Hyundai Santafe” markalı, 90-RK-034 dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli avtomaşınla naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır./report/

  • Sosial şəbəkədə paylaş