Sizin reklam burada
Sizin reklam burada

Paytaxtda qəza: 3 nəfər yaralandı

Paytaxtda qəza: 3 nəfər yaralandıKöhnə maşın bazarının yaxınlığında yol nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində baş verən qəza zamanı 3 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəzada xəsarət alan 32 yaşlı şəxs qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, 46 və 49 yaşlı 2 nəfərə isə yerində yardım göstərilib.

  • Sosial şəbəkədə paylaş