Sizin reklam burada
Sizin reklam burada

Bakıda iki avtomobil toqquşdu: Ata və oğlu yaralandı

Bakıda iki avtomobil toqquşdu: Ata və oğlu yaralandıBu gecə Bakıda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəza Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib.

B. Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B. İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır.

  • Sosial şəbəkədə paylaş