Sizin reklam burada
Sizin reklam burada

Su quyusuna düşən pişiyi FHN-in əməkdaşları xilas etdi

Su quyusuna düşən pişiyi FHN-in əməkdaşları xilas etdiBakı şəhəri Xəzər rayonunda pişik dərinliyi 19 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına gələrək pişiyi su quyusundan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

  • Sosial şəbəkədə paylaş