Sizin reklam burada
Sizin reklam burada

AKP Ankara savaşına başladı: Hər səs uğrunda…

AKP Ankara savaşına başladı: Hər səs uğrunda…AKP bu gün saat 17:00-a qədər Ankara mahal seçki qurumuna müraciət edərək səslərin yenidən sayılmasını tələb edəcək.

Axar.az xəbər verir ki, mahal seçki qurumu razılıq verəcəyi halda Ankarada səslər yenidən sayılacaq, gözlənilən qərar qəbul edilməyəcəyi halda isə AKP bu dəfə Ali Seçki Qurumuna müraciət edəcək.

31 mart seçkiləri bir çox cəhətdən əlamətdar olub. Belə ki, uzun illərdir seçkilərdə üstünlüyünü qoruyan AKP, MHP ilə ittifaqı sayəsində növbəti dəfə parlaq qələbə çalsa da, bir sıra böyük şəhərlərdə rəqibi Millət İttifaqına məğlub olub. CHP-nin qalası sayılan İzmirdə qələbə qazanması gözlənilməz olmasa da, rəsmi olmayan nəticələrə görə, İstanbul və Ankara kimi şəhərlərdə qalib gəlməsi maraq doğurub.

İstanbulda gərgin rəqabətin getdiyi bir vaxtda CHP AKP-nin namizədi qarşısında 0.25 faizlik çox kiçik bir üstünlüyə sahibdir. Paytaxt Ankarada isə vəziyyət fərqlidir. CHP-nin namizədi Mansur Yavaş 50.93 faiz (1.662.183) səs toplayıb. AKP-nin namizədi Mehmet Özhaseki isə 47.12 faiz (1.537.694) səslə rəqibinə məğlub olub.

Dünya mətbuatının böyük təəccübünə və marağına səbəb olan isə məhz AKP-nin Ankarada etirazlar vasitəsilə apardığı mübarizədir. Belə ki, arada 100 min səsdən artıq fərq olmasına və təkrar sayımın nəticəni dəyişməyəcəyinə baxmayaraq, iqtidar partiyası hər səsi yerinə qoymaq istəyir, seçki nəticələrinin şəffaf, həqiqəti birmənalı şəkildə əks etdirən olmasına çalışır.

Xatırladaq ki, AKP Ankaranın 25 ilçəsində səslərin yenidən sayılması üçün müraciət etmişdi. Etirazdan sonra 12 ilçədə səslər yenidən sayılmış, 1805 səs AKP-çi Mehmet Özhasekinin səslərinə əlavə olunmuşdu.

Conflict.az

  • Sosial şəbəkədə paylaş