Sizin reklam burada
Sizin reklam burada

Deputat oğlunun da xaricdə fabriki varmış - Bir qardaşı da gömrük rəisidir...

Deputat oğlunun da xaricdə fabriki varmış - Bir qardaşı da gömrük rəisidir...Milli Məclisin komitə sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəylinin oğlu Ərəstu Həbibəylinin Türkiyədə alüminium profillər istehsal edən fabriki var. Criminal.az sautı müstəqil jurnalist Cavanşir Həsənlinin 9 iyul 2018-ci ildən Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi işləyən Ərəstü Həbibbəylinin xarici ölkədəki biznesini araşdırıb.

Deputat oğlunun da xaricdə fabriki varmış - Bir qardaşı da gömrük rəisidir...
Məlum olub ki, Ə.Həbibbəyli ARASTU ALÜMİNYUM SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİni 2017-ci il iyulun 5-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkətin ofisi Cevizlik Mahallesi, İstanbul Cd. No:12, 34142 Bakırköy/İstanbul, Türkiyə ünvanında yerləşir.

Komitə sədrinin digər oğlu Səhət Həbibyli bu yaxınlarda Naxçıvan MR-in Gömrük Komitəsinin rəhbəri təyin olunub. (reportyor.info)


Conflict.az

  • Sosial şəbəkədə paylaş