Sizin reklam burada
Sizin reklam burada

Cəlilabadda marketin 15 işçisi zəhərləndi - Prokurorluq araşdırmalara başladı

Cəlilabadda marketin 15 işçisi zəhərləndi - Prokurorluq araşdırmalara başladıCəlilabadda marketin 15 işçisi zəhərləndi - Prokurorluq araşdırmalara başladıCəlilabad Rayon Prokurorluğu rayon ərazisindəki mağazada baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 28-də şəhər ərazisində yerləşən "GREEN STORE" mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.

Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.

Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb.

* * *

Hadisə nəticəsində mağazanın 15 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

BakuPost Report-a istinadən xəbər verir ki, hadisə marketlərdən birində qeydə alınıb.

Belə ki, 14 nəfər zəhərlənmə əlamətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi Reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənmənin yuyucu vasitələrdən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Conflict.az

  • Sosial şəbəkədə paylaş