Sizin reklam burada
Sizin reklam burada

İmişlidə sahibsiz itlər sakinlərə problem yaradır

İmişlidə sahibsiz itlər sakinlərə problem yaradır
İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumata görə rayon mərkəzində son bir neçə ayda sayları ciddi şəkildə artan sahibsiz it sürüsü sakinlərin rahat hərəkət etmələri üçün artıq problemə çevrilib. Mənbə onu da qeyd etdi ki, sahibsiz itlər əsasən rayon mərkəzində, parkların ərazilərində və mərkəzi küçələrdə olurlar. “Dəfələrlə azyaşlılar, qadınlar və qocaların itlərin hücumuna məruz qaldıqları zamanlar olur. İnsanlar rayon mərkəzində sərbəst gəzə bilmirlər. Problemlə bağlı rayon icra hakimiyyətinə dəfələrlə məlumat verilsə də, hər hansı tədbir görülmür. Valideyinlərin əksəriyyəti övladlarını məktəblərə özləri aparıb gətirirlər. Çünki azyaşlılar hər an sahibsiz itlərin hücumuna məruz qala bilər” – deyən mənbə, əlavə olaraq onu da qeyd etdi ki, problem yaxın zamanlarda həll olunmasa olduqca ciddi faciələrin baş verməsi qaçılmazdır.

Sahibsiz itlər problemi son dövrlərin narahatçılığa səbəb olan aktual məsələlərdəndir. Sözsüz ki, burada əsas amil insan faktorudur. Əgər səlahiyyətli orqanlar, o cümlədən İmişli İcra Hakimiyyətinin fəaliyyət istiqaməti insan faktorudursa, o zaman problem təxirə salınmadan həllini tapmalıdır. Əks halda faciə baş verdikdən sonra atılan addım arxadan atılan daş effekti verəcək.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az

  • Sosial şəbəkədə paylaş