Sizin reklam burada
Sizin reklam burada

"Balıq toru PUA-nı dayandıra və ya zərər verə bilər"

"Balıq toru PUA-nı dayandıra və ya zərər verə bilər"
Ukrayna Silahlı Qüvvələri Rusiya PUA‑larının yaratdığı təhdidi ucuz və effektiv üsulla neytrallaşdırmağa başlayıb.
Mühəndislik birlikləri front xəttinə və strateji obyektlərə balıq ovu torları quraşdıraraq düşmən dronlarının pərvanələrini dolaşdırır, onları sıradan çıxarırlar.
Ukrayna Ordusunun Mühəndislik Korpusunun sözçüsü, polkovnik-leytenant Maksim Kravçuk “New York Times”a deyib ki, sıradan bir balıq toru belə düşmən PUA-sını dayandıra və ya zərər verə bilər.
Hərbi ekspertlər bu üsulun xüsusilə aşağı hündürlükdə uçan dronların sıradan çıxarılmasında effektiv olduğunu vurğulayıblar. Rusiya pilotsuz təyyarələrinə qarşı uğurlu olduğu bildirilən metod, bahalı dronların döyüşdə effektivliyini azaldıb.
Ukrayna Müdafiə Nazirliyi bir neçə əsas tədarük marşrutunu qorumaq üçün “şəbəkə dəhlizləri” yaradıb. Dirəklər arasında bərkidilmiş torlar avtomobillərin təhlükəsiz keçməsinə şərait yaradır.
Sumı və Donetsk vilayətlərində başlanan şəbəkə dəhlizi layihəsi çərçivəsində onlarla kilometr yol torla örtülüb.
Ekspertlər xatırladır ki, 2023‑cü ildə Rusiya ordusu Baxmut yaxınlığında məhdud miqyasda oxşar üsuldan istifadə etmişdi. Bildirilib ki, bu sadə, ucuz və sürətlə quraşdırılan taktika Rusiyanın yüksək texnoloji dron üstünlüyünü qarşısını almaqda döyüş meydanında mühüm rol oynayır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş