Sizin reklam burada
Sizin reklam burada

"Onlar, mənim sözlərimin 10%-nə inandılar"

"Onlar, mənim sözlərimin 10%-nə inandılar"
ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.
Bu barədə CNN məlumat yayıb.
Səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir.
Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “Putin, mənə dedi ki, “sənə inanmıram”. Məncə, o, həqiqətən də, mənə inanmadı”.
ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Szinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır.
“Ona Si Szinpinə dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”, - Tramp səs yazısında vurğulayır.
CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir.
Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş