Sizin reklam burada
Sizin reklam burada

"Məhkəmə Trampın sərəncamlarını bərpa etdi"

"Məhkəmə Trampın sərəncamlarını bərpa etdi"
ABŞ-da apellyasiya məhkəməsi Ağ Evin rəhbəri Donald Trampın ticarət tariflərinin tətbiqi ilə bağlı verdiyi sərəncamları bərpa edib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Dərhal inzibati həbs haqqında vəsatət o dərəcədə təmin edilir ki, Beynəlxalq Ticarət Məhkəməsinin bu işlərlə bağlı çıxardığı qərarlar və daimi göstərişlər bu Məhkəmə vəsatətlərə baxarkən növbəti bildiriş gələnə qədər müvəqqəti olaraq saxlanılır", - məhkəmənin qərarında deyilir.
Mayın 28-də ABŞ Beynəlxalq Ticarət Məhkəməsi dövlət başçısının tətbiq etdiyi gömrük rüsumlarının qarşısını alıb. Məhkəmənin qərarında Trampın Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı ilə prezidentə verilən səlahiyyətləri aşdığı vurğulanıb.
CNN bildirib ki, qərar avtomobil və avtomobil hissələri, alüminium və polad tədarükü tariflərinə şamil edilmir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş