Sizin reklam burada
Sizin reklam burada

"Rusiya və Ukrayna İstanbulda birbaşa danışıqlara başlayacaq"

"Rusiya və Ukrayna İstanbulda birbaşa danışıqlara başlayacaq"
ABŞ administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir.
Bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt brifinqdə bildirib.
"Biz ümid edirik ki, Rusiya və Ukrayna gələn həftə İstanbulda birbaşa danışıqlara başlayacaq. Biz bu görüşün baş tutacağına inanırıq. Bu, prezidentin ABŞ Prezidenti Donald Trampın təşviq etdiyi və bu iki tərəfi görüşməyə və birbaşa danışıqlara çağırdığı görüşdür", - o qeyd edib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri arasında növbəti İstanbul görüşü iyunun 2-də olacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş