
İran Prezidenti Məsud Pezeşkian Amerika tərəfi ilə razılığa gəlməyi mümkün hesab edir, lakin bir şərtlə ki, Vaşinqton Tehranı qorxutmaqdan əl çəksin.
O, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşü zamanı deyib.
O vurğulayıb ki, Tehran heç bir halda gücə tabe olmayacaq.
Bundan əvvəl İran XİN rəhbəri Abbas Arakçı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da daxil olmaqla, ABŞ rəsmilərinin bəyanatlarına baxmayaraq, İranın uranı zənginləşdirməyə davam edəcəyini bildirib.
Conflict.az