Sizin reklam burada
Sizin reklam burada

"Kursk vilayətinin bütün ərazisi təmizlənəcək"

"Kursk vilayətinin bütün ərazisi təmizlənəcək"
Kursk vilayətinin Ukrayna hərbçilərindən təmizlənməsi son mərhələsinə qədəm qoyur. Yaxın vaxtlarda regionun bütün ərazisi təmizlənəcək.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a müsahibəsində bildirib.
"Antiterror əməliyyatı çərçivəsində Kursk vilayətinin silahlılardan təmizlənməsi başa çatır. Urenqoy-Pomarı-Ujqorod strateji qaz kəmərinin bir hissəsindən istifadə etməklə "Potok" əməliyyatının parlaq icrası artıq hərb elminin tarixinə düşüb. Hərbi komandanlığın məlumatına görə, yaxın gələcəkdə Kursk vilayətinin bütün ərazisi təmizlənəcək", - o deyə söyləyib.
O qeyd edib ki, hazırda Rusiya qoşunları bütün döyüş xətti boyunca aktiv hücum əməliyyatları aparır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş